Harun Yahya
 

 

 
.....:::::::::: Books ::::::::::.....
Harun Yahya

QURANDA YALAN VƏ YALANÇILAR HAQQINDA

İnsanların böyük bir əksəriyyəti özlərinin yaxşı insanlar olduqlarını, pis bir əxlaq quruluşuna sahib olmadıqlarını iddia edərlər. Kimsəyə zərərlərinin toxunmadığını və pis istiqamətlərinin olmadığını söyləyərlər. Halbuki, bu insanların çox böyük bir əksəriyyəti, Allahın məmnun olmadığı, insanlara qadağan etdiyi bir çox pis əxlaq xüsusiyyətinə malikdir. Ancaq bu pis əxlaq xüsusiyyətləri, cəmiyyət içində yayıldığı və adi qarşılanaraq qəbul gördüyü üçün, pis və çirkin qarşılanmamaqdadır. Məsələn dedi-qodu, Allahın qadağan etdiyi, hətta bir insanın dedi-qodu etdiyində ölü qardaşının ətini yemək qədər iyrənəcəyi bir davranışda olduğunu bildirdiyi bir davranışdır. (Hucurat Surəsi, 12) Buna baxmayaraq, bir çox insan bir yerə gəldiyində, bir başqa adamın dedi-qodusunu edə bilməkdədir. Hətta, dedi-qodu üçün televiziya proqramları və jurnallarda iştirak etməkdədir. Dedi-qodu kimi lağlağaçılıq, xəsislik, qürur kimi xüsusiyyətlər də Allahın insanları xəbərdar etdiyi və qarşılığının cəhənnəm olduğunu ifadə etdiyi davranışlardır. Ancaq, insanların böyük bir əksəriyyəti bu xüsusiyyətlərə malikdir və bunları çox zərərli görməzlər. Bu kəslər bir qatilin, oğrunun və ya qırğınlar edən azğın bir diktatorun çox pis bir insan olduğuna qərara gələrlər, ancaq yuxarıda ifadə edilən tərzdəki əxlaq pozuqluqlarını zərərsiz və əhəmiyyətsiz görərlər. Halbuki, hər cür əxlaqsızlığın, dərəcəsinə görə Allah qatında ədalətlə verilmiş bir qarşılığı vardır.

Nov 15, 2003

Harun Yahya - Books Click for All Books
QURANDA YALAN VƏ YALANÇILAR HAQQINDA  (URL) -
Please write your comment for this work
Post To MySpace!  
   
   


 Other Languages
KURAN’DA YALANCININ YÖNTEMLERİ (Türkçe) 
WHAT THE QURAN SAYS ABOUT LIARS AND THEIR METHODS (English) 

.....:::::::::: Related Works in Same Category ::::::::::.....
ALLAH SEVGİSİ PEŞMAN OLMADAN ƏVVƏL
QURANDA TƏBLİĞ VƏ MÜBAHİSƏ  
 
 
 
 
  BookGlobal.Net