İnsanların böyük bir əksəriyyəti özlərinin yaxşı insanlar olduqlarını, pis bir əxlaq quruluşuna sahib olmadıqlarını iddia edərlər. Kimsəyə zərərlərinin toxunmadığını və pis istiqamətlərinin olmadığını söyləyərlər. Halbuki, bu insanların çox böyük bir əksəriyyəti, Allahın məmnun olmadığı, insanlara qadağan etdiyi bir çox pis əxlaq xüsusiyyətinə malikdir. Ancaq bu pis əxlaq xüsusiyyətləri, cəmiyyət içində yayıldığı və adi qarşılanaraq qəbul gördüyü üçün, pis və çirkin qarşılanmamaqdadır. Məsələn dedi-qodu, Allahın qadağan etdiyi, hətta bir insanın dedi-qodu etdiyində ölü qardaşının ətini yemək qədər iyrənəcəyi bir davranışda olduğunu bildirdiyi bir davranışdır. (Hucurat Surəsi, 12) Buna baxmayaraq, bir çox insan bir yerə gəldiyində, bir başqa adamın dedi-qodusunu edə bilməkdədir. Hətta, dedi-qodu üçün televiziya proqramları və jurnallarda iştirak etməkdədir. Dedi-qodu kimi lağlağaçılıq, xəsislik, qürur kimi xüsusiyyətlər də Allahın insanları xəbərdar etdiyi və qarşılığının cəhənnəm olduğunu ifadə etdiyi davranışlardır. Ancaq, insanların böyük bir əksəriyyəti bu xüsusiyyətlərə malikdir və bunları çox zərərli görməzlər. Bu kəslər bir qatilin, oğrunun və ya qırğınlar edən azğın bir diktatorun çox pis bir insan olduğuna qərara gələrlər, ancaq yuxarıda ifadə edilən tərzdəki əxlaq pozuqluqlarını zərərsiz və əhəmiyyətsiz görərlər. Halbuki, hər cür əxlaqsızlığın, dərəcəsinə görə Allah qatında ədalətlə verilmiş bir qarşılığı vardır. Nov 15, 2003
|