Harun Yahya
 

 

 
.....:::::::::: Articles ::::::::::.....
Harun Yahya

İSLAM'A XİDMƏT

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün cəhd etmək iman və vicdan sahibi insanların üzərinə düşən məsuliyyətdir. Allah Quran’ın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, 104) ayəsində bu vəzifələrini insanlara bildirmişdir. Bir başqa ayədə isə Allah inananlara “... Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın(bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allah’adır.” (Maidə surəsi, 48) şəklində buyurmuşdur.

Bu səbəbdən hər insan əlindəki imkanlar daxilində insanları xeyirli işlər görməyə çağırmağa, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

Bunun üçün kiminsə maddi imkanı çatmaya bilər; bu yolda çalışmaq üçün çox vaxt ayırmaq imkanı olmaya bilər. Ancaq vicdanından istifadə edən insan əlindəki imkanlar daxilində mütləq edə biləcəyi bir şey tapa bilər. Bəlkə kitab çap etdirib insanlara paylamaq imkanı yoxdur; insanlara Quran əxlaqını tanıdan sənədli filmlər çəkə bilmir; İslamı tanıdan saytlar hazırlaya bilmir. Belə vəziyyətdə həmin şəxsin edə biləcəyi başqalarının cidd-cəhdlə işlədiyi çalışmaları yaymaq ola bilər.
Bax, bu yerdə Harun Yahya əsərləri vicdan sahibi insanlar üçün böyük bir mənbədir. Heç bir ticarət xarakteri daşımayan və maddi gəlir məqsədi güdmədən yalnız Allah rizası üçün böyük fədakarlıqla hazırlanmış bu əsərləri başqalarına tövsiyə etmək, bu əsərləri insanların satın almalarını, imkanı olmayanların isə satın almasalar belə internetdən oxumalarını təmin etmək böyük bir xidmətdir. Bu yolla tək bir insan yüzlərlə yoldaşını kitab və məqalələri oxumağa, sənədli filmləri izləməyə, səsli anlatımları dinləməyə yönəldə bilər. Bu yoldaşlarından hər biri də yenə eyni şəkildə yüzlərlə insanı sövq etsə, Quran əxlaqı bu kitablar vasitəsilə çox qısa zaman ərzində çox sayda insana yetişmiş olar.

Bu insanlardan hər biri evinə gələn qonaqlara, iş yerinə gələn müştərilərinə, məktəbdəki yoldaşlarına, üzv olduğu dərnəyin digər üzvlərinə bu kitabları tövsiyə edə bilər. Jurnal dərc etdirirsə, bu jurnalda, TV kanalları ilə əlaqəsi varsa, TV proqramlarında Harun Yəhya əsərlərinin təqdimatını keçirib insanları bu əsərləri oxumağa, izləməyə və dinləməyə sövq edə bilər. Bu əsərlərin daha geniş kütlələrə yetişə bilməsi və Quran əxlaqının insanlar arasında yayılması üçün nələr edilə biləcəyi barədə yeni fikirlər düşünüb bizlərə çatdıra bilər. Bunun üçün edəcəyi şey kompüterindəki tək bir düyməyə basaraq bir mesaj yollamaqdan ibarətdir. Bundan başqa yenə tək bir düyməyı basaraq ətrafındakı insanlara internet saytları, kitabları və digər çalışmaları tanıda bilər.

Göründüyü kimi, həqiqətən, öz üzərinə düşən təbliğ vəzifəsini yerinə yetirmək istəyən və buna yol axtaran şəxslər üçün edə biləcək çox şey vardır. Vacib olan şey bu şəxsin bu mövzuda ağlını və vicdanını səmimiyyətlə istifadə etməsidir. Allah Quran ayəsində bu həqiqəti insanlara bildirmişdir. 

Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (Müzzəmmil surəsi, 19)

...Kim Allah’dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. (Talaq surəsi, 2)

Bu səbəbdən Quran əxlaqının təbliğ edilməsi üçün edilən çalışmaları sadəcə təqdir etmək, ancaq bu yolda bir cəhd göstərməmək iman edən bir şəxsin vicdan anlayışına uyğun deyil. Allah insanı axirətdə bu cür hərəkətə görə məsuliyyətə cəlb edə bilər. Xüsusilə də Fələstin, Çeçenistan, Şərqi Türküstan kimi dünyanın müxtəlif yerlərində müsəlmanların böyük təzyiq altında olduğu belə bir dövrdə iman edənlərin bir-birlərinə dəstək olmağı çox böyük əhəmiyyət daşıyır. Bu cür vəziyyət məhdud olan zamanı daha yaxşı istifadə etməyi və dayanmadan Quran əxlaqının yayılmasına dəstək olacaq çalışmalar etməyi vacib qılır. Kiçik-böyük demədən ixlasla edilən bütün cəhdlərin bir yerə toplanması Allah’ın köməyi ilə, inşaAllah, gözəl əxlaqın bütün insanlar arasında yayılmasına vəsilə olacaqdır. Bu, eyni zamanda Allah’ın bütün müsəlmanlar üzərinə yüklədiyi məsuliyyətdir. Quran’da Allah’ın bu əmri belə bildirilmişdir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Səff surəsi, 4)

Nov 01, 2009

Harun Yahya - Articles Click for All Articles
Please write your comment for this work
Post To MySpace!  
   
   


 Other Languages
21. CENTURY WILL BE THE ERA OF TURKISH ISLAMIC UNION (English) 
OUR ARMENIAN BROTHERS ARE IN SEARCH OF LOVE, LET US PRESENT THIS LOVE TO THEM (English) 
TÜRK VE AZERİ HALKI ARASINDA GÜÇLÜ BİR BAĞ OLDUĞU BİR KEZ DAHA KANITLANMIŞTIR (Türkçe) 
TÜRK-İSLAM BİRLİĞİ ENTELLEKTÜEL, SOĞUK KONUŞMALARLA DEĞİL SAMİMİYET, İÇTENLİK VE SEVGİYLE KURULACAK BİR GÖNÜL BİRLİĞİDİR (Türkçe) 
THE ONLY WATER THAT CAN DOUSE THE FIRE IN THE WORLD IS THE TURKISH-ISLAMIC UNION (English) 
ONCE THE TURKISH ISLAMIC UNION IS ESTABLISHED, THE PROPHET SOLOMON'S (AS) MASJID WILL BE REBUILT AS WELL AS OTHER SACRED PLACES (English) 
THE UNION TO BE ESTABLISHED BETWEEN TURKEY AND AZERBAIJAN WILL BE THE FIRST AND MOST POWERFUL STEP TOWARD THE TURKISH-ISLAMIC UNION (English) 
ADNAN OKTAR HAS EMPHASIZED THE IMPORTANCE OF THE TURKISH-ISLAMIC UNION; HISTORIC DEVELOPMENTS HAVE BEGUN TAKING PLACE (English) 
MR. ADNAN OKTAR'S INTERVIEW IN IRIB (IRANIAN PUBLIC TV) (September 29th, 2008) (English) 
MR. ADNAN OKTAR'S VIEWS ON THE TURKISH-ISLAMIC UNION -II (English) 
MR. ADNAN OKTAR'S VIEWS ON THE TURKISH-ISLAMIC UNION - I (English) 
IDEAS, CULTURE AND KNOWLEDGE ARE THE STRONGEST WEAPONS, ISLAM MUST BE COMMUNICATED WITH LOVE AND AFFECTION (From live interview on Radio Al Ansar, Durban-South Africa, September 14th, 2009) (English) 
JEWS WILL LIVE IN EXTREME TRANQUILITY, BE IN PEACE AND SECURITY WITHIN THE TURKISH-ISLAMIC UNION (English) 
IRAN PRESIDENT MR AHMADINEJAD SUPPORTS THE ISLAMIC UNION (English) 
TÜRKİYE VE AZERBAYCAN ARASINDA KURULACAK BİRLİK, TÜRK İSLAM BİRLİĞİ'NİN İLK VE EN GÜÇLÜ ADIMI OLACAKTIR (Türkçe) 
DÜNYADAKİ YANGINI SÖNDÜRECEK SU, TÜRK İSLAM BİRLİĞİ'DİR (Türkçe) 
THE STRONG BOND BETWEEN TURKISH AND AZERBAIJANI PEOPLE WAS ONCE AGAIN PROVEN ON 14 OCTOBER 2009 (English) 
SAYIN ADNAN OKTAR TÜRK-İSLAM BİRLİĞİ'NİN ÖNEMİNE DİKKAT ÇEKTİ; TARİHİ GELİŞMELER YAŞANMAYA BAŞLADI (Türkçe) 
ALL DEMOLISHED MASJIDS MUST BE REBUILT AS SOON AS THE TURKISH-ISLAMIC UNION IS ESTABLISHED (English) 
EXCERPTS FROM MR. ADNAN OKTAR'S INTERVIEWS ON THE TURKISH-ISLAMIC UNION II (English) 

.....:::::::::: Related Works ::::::::::.....
 Web Sites
Türk-İslam Birliyi  
 Articles
“SADƏCƏ MƏNİM CƏHD ETMƏYİMLƏ NƏ OLAR?” DEYƏ DÜŞÜNMƏYİN SADƏCƏ ALLAH RİZASI ÜÇÜN QARŞILIQSIZ XİDMƏT ETMƏK
XİDMƏT ETMƏK ÜÇÜN HEÇ BİR İMKANINIZIN OLMADIĞINI DÜŞÜNÜRSÜNÜZSƏ… SAHİB OLDUĞUNUZ HƏR MƏLUMATI İSLAM DİNİNƏ XİDMƏT YOLUNDA İSTİFADƏ EDƏ BİLƏRSİNİZ
HƏYATINIZ BOYU İSLAM'A NƏ QƏDƏR XİDMƏT ETMİSİNİZ? DÜNYA MÜSƏLMANLARININ ƏZİYYƏTLƏRİNƏ SON VERMƏK ÜÇÜN HƏR KƏS MƏSULİYYƏT DAŞIYIR
DÜNYADAKI YANĞINI SÖNDÜRƏCƏK SU TÜRK-İSLAM BİRLİYİDİR HƏR PEŞƏNİN SAHİBİ ÖZ İMKANLARI ÇƏRÇİVƏSİNDƏ İSLAM'A XİDMƏT EDƏ BİLƏR
EVDƏ YA DA MƏKTƏBDƏ İSLAMA XİDMƏT ÜÇÜN ÇOX ŞEY EDƏ BİLƏRSİNİZ SİZ DƏ ƏTRAFINIZDA İSLAM ƏXLAQINI YAYA BİLƏRSİNİZ
ƏGƏR XARİCİ DİL BİLİRSİNİZSƏ, EDƏ BİLƏCƏYİNİZ ÇOX ŞEY VAR  
 
 
 
 
  BookGlobal.Net